Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev şəhid atasının dəfn mərasimində iştirak edib.

10 mart 2025 | 16:58
Xaçmaz rayonunda Vətən müharibəsi şəhidi Cəlal İslamovun atası, Ağahüseyn İslamov 95 yaşında vəfat edib.
Şəhid atası yaşadığı Xaçmaz rayonunun Çarxı kəndiində dəfn edilib.
Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və içtimaiyyət nümayəndələri iştirak ediblər.
Elnur Rzayev ailəyə başsağlığı verib, şəhid atası Ağahüseyn İslamov və bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Qeyd edək ki, Ağahüseyn İslamovun oğlu Cəlal İslamov ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə”, medalları ilə təltif olunub.
Keçidlər