Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev şəhid atasının yas mərasimində iştirak edib

13 avqust 2026 | 17:32
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, rayonun idarə, təşkilat və müəssisə rəhbərləri Vətən müharibəsi şəhidi Şöhrət Cəlilovun atası Mehman Məmmədəliyevin yas mərasimində iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev mərhumun ailəsinə dərin hüznlə başsağlığı verərək bildirib ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Şəhid ailələrinə göstərilən diqqət və qayğı həm mənəvi borcumuz, həm də dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu yanaşma şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını və dövlət siyasətində xüsusi yer tutduğunu bir daha təsdiq edir.
Mərasim iştirakçıları mərhumun ruhuna dualar oxuyaraq ailəsinə səbir və dözüm arzulayıblar.
Mərhumun ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər