Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev şəhidlər abidə-bulaq kompleksinin inşası ilə maraqlanıb

25 aprel 2022 | 14:42
Elnur Rzayev şəhidlər abidə-bulaq kompleksinin inşası ilə maraqlanıb.
Xaçmaz rayonunda şəhidlərin adının əbədiləşdirilməsi istiqamətində işlər davam etdirilir. Xudat şəhərində inşa edilməkdə olan abidə-bulaq kompleksidə görülən işlərin davamıdır.
Xaçmaz Rayon İcra Hakmimiyyətinin başçısı Elnur Rzayev abidə-bulaq kompleksinin inşası ilə maraqlanıb. İcra başçısına məlumat verilib ki, kompleks müasir memarlıq üslübünda tikilir. Burada Xudat şəhərindən olan 26 şəhidin adını özündə əks etdirən xüsusi lövhələr və müxtəlif bulaqlar yaradılacaq.
İcra başçısı işlərin kefiyyətlə yerinə yetirilməsi üçün tapşırıq və tövsiyyələrini verib. Elnur Rzayev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalan oğulların xatirəsi daim əziz tutulur.
Keçidlər