Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev Seyidlər kəndində qazini ziyarət edib

29 aprel 2023 | 09:49
Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı yaralanan hərbi qulluqçularımızdan biri də Xaçmaz rayonunun Seyidlər kənd sakini Müşfiq Gülbala oğlu Əhmədovdur. Əvvəlcə ölkəmizin müxtəlif tibb müəssisələrində daha sonra isə Türkiyədə müalicə alan hərbçimiz artıq doğma rayonuna qayıdıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Türkiyədən müalicədən qayıdan qazi Müşfiq Əhmədovu Seyidlər kəndində yaşadığı evdə ziyarət edib, yaralı hərbçimizin səhhəti ilə maraqlanıb.
Elnur Rzayev qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alacaq.
Müşfiq Gülbala oğlu Əhmədov 44 günlük Vətən müharibəsinin iştirakçıısı olub. O, döyüşlərdə göstərdiyi qəhmanlığa görə “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın olunmasına görə”, “Cəsur döyüşçü” və digər medallarla təltif olunub.
Müşfiq Əhmədov və valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər