Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev Türkiyədən müalicədən qayıdan qazini evində ziyarət edib

27 aprel 2023 | 16:35
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Polis şöbəsinin rəisi Həmid Həsənovla birlikdə Türkiyədən müalicədən qayıdan qazi Şirin Ramizovu Həbibkənd kəndində yaşadığı evdə ziyarət edib.
Elnur Rzayev müalicəsini ev şəraitində davam etdirən yaralımızın səhhəti və qayğıları ilə maraqlanıb.
Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, bu qələbədə Silahlı Qüvvələrimizin, onun sıralarında döyüşən xaçmazlı əsgər və zabitlərin şücaətindən, habelə bu gün ölkəmizdə şəhid ailələrinə və qazilərə, eləcə də döyüşçülərə göstərilən dövlət qayğısından danışılıb.
Şirin Ramizov və valideynləri şəhid ailələrinə, qazilərə, Vətən Müharibəsi iştirakçılarına daim göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Şirin Telman oğlu Ramizov döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçıs
Keçidlər