Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev Uzunoba kəndində səyyar qəbul keçirib

05 may 2022 | 15:24
 
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti səyyar qəbulunu keçirib. Yerli hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və digər təşkilat rəhbərlərinin qatıldığı səyyar qəbul Uzunoba kəndində baş tutub.
Qəbulda Uzunoba İnzibati Ərazi Dairəsinə daxil olan Baraxum, Xəzərli,Şıxlı, Məçidoba,Şərifoba,Tikanoba və Yataqoba kəndlərinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Daha sonra sakinlərin fərdi qaydada müraciət və təklifləri dinlənilib. Vətəndaşlar kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası, içməli və suvarma suyuna olan ehtiyacın ödənilməsi, rabitə, internet və digər sosial məsələlərlə bağlı müraciətlərini səsləndiriblər
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər