Elnur Rzayev yenidən xəstəxanaya yerləşdirilən qazini ziyarət edib
2022-ci il sentyabrın 13-dә Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən yaralanan hərbi qulluqçumuz Xaçmaz rayonunun Seyidlər kənd sakini, Əhmədov Müşfiq Gülbala oğlu səhəti ilə əlaqədər yenidən Xaçmaz Rayon Mərkəzi Xəstəxasına yerləşdirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq-mühafizə orqanlarının rəhbərləri xəstəxanada müalicə alan Müşfiq Əhmədovu ziyarət ediblər.
Elnur Rzayev qazimizin səhəti, qayğıları ilə maraqlanıb, şəfalarını diləyiblər.
Müşfiq Əhmədov və ailə üzvləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Müşfiq Əhmədov Vətən müharibəsi iştirakçısıdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə", “Cəsur döyüşçü” və "Şücaətə görə" medalları ilə təltif olunub.