Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev yerli basketbol komandasının oyununu izləyib.

21 yanvar 2024 | 20:15
Basketbol üzrə ölkə çempionatında növbəti turun oyunları keçirilib. Xaçmazın NTD-INDIGO komandası doğma meydanda Bakının Sabah komandası ilə qarşılaşıb. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən görüşü izləyənlər asrasında Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri də olub. Basketbol həvəskarları tərəfindən maraqla izlənilən qarşılaşma 79:83 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Hazırda Xaçmazın NTD-INDIGO komandası 19 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Basketbol üzrə ölkə çempionatı davam edir.
Keçidlər