Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Günü qeyd olunub.

02 fevral 2024 | 16:21
Xaçmaz rayonunda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümumilli Liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələləri düzərək xatirəsini ehtiramla yad ediblər. Məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova Gənclər Günü münasibətilə gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə yetişən sağlam, vətənə və dövlətə sadiq Azərbaycan gəncliyi respublikamızın inkişafında, ictimai-siyasi həyatda fəal rol oynayır, görülən işlərə layiqli töhfə verirlər.
Çıxışlarda gənclərin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi qəhrəmanlıqlar xüsusi vurğulanıb. Xaçmazlı gənclərin Vətən müharibəsində göstərdiyi şücayətlərdən danışılıb.
Gənclər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən gənclərə fəxri fərmanlar təqdim edilib.
Keçidlər