Gilas bağlarında məhsul yığımına başlanılıb.
12 iyun 2024 | 19:52
Xaçmazda rayonunda 5000 hektara yaxın gilas bağı var. Hər il bu bağlardan 20 min tondan çox gilas yığılır. Bağlarda orta məhsuldarlıq isə 100 sentnerə yaxın olur. Hazırda rayonda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon”, “Ağ gilas” və başqa növləri yığılır.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Pirquluoba kəndinin gilas bağlarında olub, məhsuldarlıqla maraqlanıb.
Elnur Rzayev fermerlərlə səmimi söhbət zamanı bildirib ki, Xaçmaz rayonu meyvə bağları, xüsusilə də gilas üzrə ixtisaslaşmış rayonlardandır. Hazırda Xaçmazlı fermerlərin yetişdirdiyi gilas və albalı məhsulları xarici bazarlara ixrac edilir və fermerlərimiz meyvənin ixracından yaxşı gəlir əldə edirlər.
Fermerlər qeyd edib ki, bu il hava şəraiti ilə əlaqədər məhsuldarlıq nisbətən aşağı olsada gilasın satış qiyməti qənaətbəxşdir.
Bağ sahibləri yaradılan şəraitə və göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.