Şriftin ölçüsü :

Saytın rəngi :

Gödəkli kəndində səyyar qəbul keçirilib.

17 yanvar 2023 | 16:52

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Gödəkli kəndində qəbul keçirib. Qəbulda Çaykənarı İnzibati Ərazi Dairəsinə daxil olan Çaykənarı və Gödəkli kəndlərinin sakinləri iştirak edib.

Vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər kəndlərarası yolun təmiri, elekltrik təsərrüfatının yenilənməsi, təbii qazın təzyiqinin artırılması, poçt şöbəsinin fəaliyyətinin bərpası, tibb məntəqəsi üçün yeni binanın inşası və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər