Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 102 illiyi qeyd edilib

28 aprel 2025 | 15:03
Xaçmaz rayonunda görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Zərifə xanımın adını daşıyan məktəbdə görkəmli alimin büstü önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyev adına Xaçmaz şəhər Mədəniyyət Mərkəzində akademikin həyat vəfəaliyyətinə həsr olunmuş fotostendlərən ibarət sərgiyə baxış keçirilib.
Çıxış edənlər Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafı istiqamətində müstəsna xidmətlərindən danışıb. Həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq-alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Zərifə Əliyeva xalqına xeyirxahlıqla xidmət edən, humanist və ictimai xadim kimi xalqımızın yaddaşında hər zaman qalacaq.
Tədbir məktəblilərin və mədəniyyət işçilərinin hazırladığı bədii hissə ilə davam edib.
Keçidlər