Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıəlibəy kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

28 aprel 2022 | 15:14
 
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Hacıəlibəy kəndində yerli sakinlərlə görüşüb.
Görüşdə Hacıəlibəy İnzibati Ərazi Dairəsinə daxil olan Ağyazı Buduq, Bayoba, Suxtaqalaqışlaq kəndlərinin və Arzu qəsəbəsinin sakinləri iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yerli hüquq mühafizə orqanlarının rəhblərləri, təhsil, səhiyyə, mədəniyyət və digər təşkilat nümayədələrinin qatıldığı səyyar qəbulda sakinlərin müraciəti fərdi qaydada dinlənilib.
Sakinlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, içməli və suvarma suyuna olan ehtiyacın ödənilməsi, rabitə, internet, məktəb və bağça binasının təmiri ilə bağlı müraciətlərini səsləndiriblər
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər