Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıəlibəy kəndində səyyar qəbul keçirilib

24 oktyabr 2023 | 17:14

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə Hacıəlibəy kəndində səyyar qəbul keçirib.

Qəbulda Hacıəlibəy İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Hacıəlibəy, Ağyazı Buduq, Bayoba, Suxtalaqışlaq kəndlərinin və Arzu qəsəbəsinin sakinləri iştirak edib.

Əvvəlcə Ümumilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra vətəndaşların müraciəti və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, təbii qazın təzyiqinin artırılması, torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər