Şriftin ölçüsü :

Saytın rəngi :

Həmrəylik Günü ərəfəsində şəhid ailələri ziyarət olunub.

29 dekabr 2022 | 16:56

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində şəhid Fuad Qafarov, Elvin Qayıbov və Elnur Rüstəmovun ailələrinə baş çəkib, onları bayram münasibətilə təbrik edib.

Görüşlərdə şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, rəşadətli Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində əldə edilmiş Böyük Zəfər dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırıb, onların ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaradıb.

İcra başçısı onuda bildirib ki, dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək hər kəsin vətəndaşlıq borcudur.

Şəhidlərimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər