Həmrəylik Günü ərəfəsində şəhid Vahid Baxşıyevin və Rauf Babayevin ailəsi ziyarət edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü ərəfəsində Vətən müharibəsinin şəhidləri Vahid Baxşıyevin və Rauf Babayevin ailəsini ziyarət edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qarşıdan gələn Həmrəylik Günü və Yeni il münasibətilə şəhidlərimizin ailə üzvlərini təbrik edib, onlara xoş arzularını çatdırıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığı, onların problemlərinin həlli istiqamətində mühüm addımlar atıldığını bildirib.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.