Həsənqala kəndində sakinlərin müraciəti dinlənilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Qusarçay İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Həsənqala kəndində səyyar qəbul keçirib. Qəbulda Həsənqala, Qusarçay, Balaqusar və Ağaverdioba kəndlərinin sakinləri iştirak edib. Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər kəndlərarası yolun təmiri, yeni məktəb binasının tikintisi, kənd bağçasına müasir istilik sisteminin çəkilməsi, suvarma və içməli su ilə təchizatın yaxşılaşdırılması eləcədə təbii qazın təzyiqinin artırılması ilə bağlı müraciətlər səsləndiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.