Şriftin ölçüsü :

Saytın rəngi :

Hülövlü kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

15 fevral 2024 | 14:46
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Hülövlü kəndində səyyar qəbul keçirib.
Qəbulda Hülövlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Hülövlü, Bəyqışlaq, Canaxır, Qaradağ Buduq, Qaradağlı, Qobuqıraq, Mehrəliqışlaq, Mürsəliqışlaq, Rəhimoba və Ustacəlilli kəndlərinin sakinləri iştirak edib.
Sakinlər su təchizatının yaxşılaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, daxili yolların təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər