Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı və millət vəkili şəhid anasının yas mərasimində iştirak ediblər

04 sentyabr 2026 | 17:18
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Milli Məclisin deputatı Ağalar Vəliyev Birinci Qarabağ müharibəsi şəhidi Rövşən İsrafilovun anası Lazifə İsrafilovanın yas mərasimində iştirak ediblər.
İcra başçısı və millət vəkili mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbir arzulayıblar.
Mərasim zamanı şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Azərbaycan dövlətinin ali prioritetlərindən biri olduğu vurğulanıb. Şəhid Rövşən İsrafilovun Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin, eləcə də xidmətlərinin xalqımızın yaddaşında daim yaşayacağı qeyd edilib.
Mərasim iştirakçıları sonda şəhid anasının ruhuna dualar oxuyaraq Allahdan ona rəhmət diləyiblər.
Keçidlər