Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı və Milli Məclisin deputatları təhsilverənlərin sertifikatlaşdırma prosesini izləyib.

25 iyun 2025 | 15:28
Xaçmaz rayonunda Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesi davamn etdirilib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Razayev, Milli Məclisin deputatları Azər Badamov, Əlibala Məhərrəmzadə, Mahir Süleymanlı, və Müşfiq Məmmədli eləcə də Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov və Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev Xaçmaz şəhər Cəfər Cabbbarlı adına 6 saylı tam orta məktəbdə imtahan prosesini izləyiblər.
İmtahandan əvvəl təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərlə görüşən qonaqlar onlara uğurlar arzulayıb və yüksək nəticələr əldə edəcəklərinə əmin olduqlarını bildiriblər.
Görüş zamanı müəllimlərin peşəkarlığının qiymətləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində sertifikatlaşdırmanın əhəmiyyəti vurğulanıb.
Keçidlər