Şriftin ölçüsü :

Saytın rəngi :

İstisu qəsəbəsində 150-dən çox fərdi yaşayış evi sel sularından ciddi zərər görüb, icra başçısı təbii fəlakətdən zərərçəkmiş sakinlərlə görüşüb

06 aprel 2026 | 17:04
Aprelin 4-ü və 5-də aramsız yağan leysan yağışları və rayon ərazisindən keçən çaylarda əmələ gələn sel suları Xaçmaz rayonunun bir çox yaşayış məntəqələrində, o cümlədən İstisu qəsəbəsində fərdi təsərrüfatlara, əkin sahələrinə, yol infrastrukturuna və elektrik təsərrüfatına ciddi ziyan vurub. Təbii fəlakət nəticəsində qəsəbədə 150-dən çox fərdi yaşayış evi ciddi zərər görüb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev təbii fəlakətdən zərərçəkmiş İstisu qəsəbəsi sakinləri ilə görüşüb. Görüş zamanı vətəndaşların müraciət, təklif və tövsiyələri dinlənilib, mövcud vəziyyət yerində araşdırılıb.
İcra başçısı tərəfindən fəsadların operativ şəkildə aradan qaldırılması, zərərçəkmiş sakinlərə lazımi köməkliyin göstərilməsi və aidiyyəti tədbirlərin görülməsi məqsədilə Rayon Fövqəladə Hallar Komissiyasının üzvlərinə, eləcə də müvafiq xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər