Şriftin ölçüsü :

Saytın rəngi :

İstisu qəsəbəsində sakinlərin müraciət və təklifləri dinlənilib

22 sentyabr 2022 | 17:30

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə İstisu qəsəbəsində səyyar qəbul keçirib. Qəbulda İstisu İnzibati Ərazi Dairəsinə daxil olan İstisu qəsəbəsi və Vələmir kəndinin sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər yeni salınan yaşayış massivinin qazlaşdırılması içməli su, məktəb binasının əsaslı təmiri, uşaq bağçasının inşası və bir neçə fərdi müraciət səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər