İstisu qəsəbəsində səyyar qəbul keçirilib
19 yanvar 2024 | 15:06
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə növbəti səyyar qəbulunu İstisu qəsəbəsində keçirib.
Qəbulda İstisu İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan İstisu qəsəbəsi və Vələmir kəndinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həll edilməsini, o cümlədən yeni salınan yaşayış massivinin qazlaşdırılmasını müsbət hal kimi dəyərləndiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, uşaq bağçasının inşası və bir neçə fərdi müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.