İstisu qəsəbəsinin dənizkənarı ərazisində iməcilik keçirilib
12 avqust 2026 | 17:11
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə İstisu qəsəbəsinin dənizkənarı ərazisində növbəti təmizlik aksiyası keçirilib.
İməcilik zamanı sözügedən ərazidə məişət tullantıları toplanıb, quru ot və kol bitkiləri təmizlənib, eləcə də sahilyanı zonanın abadlaşdırılması istiqamətində zəruri işlər görülüb. Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşları, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri, bələdiyyə üzvləri və yerli ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər.
Keçirilən iməcilik dənizkənarı ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə və vətəndaşlarda ekoloji mədəniyyətin formalaşdırılmasına xidmət edir.
Xaçmaz Rayon İcra Hakimiyyəti və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi gələcəkdə də bu qəbildən olan ekoloji aksiyaları mütəmadi şəkildə davam etdirməyi nəzərdə tutur.






