Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xaçmaz rayonuna səfər edib.

06 fevral 2025 | 17:12
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz rayonunda fəaliyyət göstərən şərab istehsalı müəssələrinin fəaliyyəti ilə tanış olub.
Rayonda “FA Valley” MMC və “Xaçmaz- Şərab” ASC, şərab istehsalı müəssələri ilə tanış olan nazirə müəssələrin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal olunan məhsullar, rəqabətə davamlı şərab istehsalının artırılması, xarici bazarlara məhsul ixracı imkanları barədə məlumat verilib.
Müəssisələrdə keçirilən görüşlərdə istehsal zamanı meydana çıxan çətinliklər, ixrac imkanlarının artırılması üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialının gücləndirilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin şərab istehsalı müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.
Keçidlər