“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
04 aprel 2025 | 17:32
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya Gəndob–Xaçmaz–Yalama–Rusiya sərhədi avtomobil yolunun Yalama kəndi ərazisində keçən hissəsində təşkil olunub.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri eləcədə ərazi icra nümayəndələri və bələdiyyələr iştirak ediblər.
Ekloloji tədbir zamanı avtomobil yolunun kənarına yerli iqlim şəraitinə uyğun gələn 1000-dən çox şam ağacı əkilib. Basdırılan ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin olunub.
Aksiyanın məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon ərazisində yaşıllıqların artırılması məqsədilə aksiyaların davam etdirilməsi nəzərdə tutulur.