Şriftin ölçüsü :

Saytın rəngi :

Maqsudkənd kəndində səyyar qəbul keçirilib

16 mart 2023 | 11:41
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə növbəti səyyar qəbulunu Maqsudkənd kəndində keçirib. Qəbulda Susayqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Maqsudkənd, Şollar, Pərdiqıran və Çaxçaxlı kəndlərinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə Maqsudkənd tam orta məktəbində şəhid Ömər Ayatovun büstü üzərinə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər daxili yolların təmiri, qaz təchizatının bərpası istiqamətində işlərin surətləndirilməsi, tibb məntəqəsi üçün yeni binanın inşası və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər