Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət Mərkəzinin direktoru 50 illik yubileyi münasibətilə təltif edilib

11 avqust 2026 | 11:04
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Aqil Müsafəddin oğlu Əlisultanovu 50 illik yubileyi münasibətilə qəbul edib.
Görüş zamanı rayon rəhbəri Aqil Əlisultanovu səmimi qəlbdən təbrik edərək ona gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və ailə səadəti arzulayıb.
Elnur Rzayev yubilyarın uzun illər ərzində Xaçmaz rayonunun ictimai-mədəni həyatında fəal iştirakını, mədəniyyət sahəsində göstərdiyi səmərəli fəaliyyətini və gənc nəslin mənəvi tərbiyəsinə verdiyi dəyərli töhfələri yüksək qiymətləndirərək onu fəxri fərmanla təltif edib.
Aqil Əlisultanov göstərilən diqqətə və yüksək qiymətə görə rayon rəhbərliyinə dərin minnətdarlığını ifadə edib, bundan sonra da rayonun mədəni həyatının inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Keçidlər