Şriftin ölçüsü :

Saytın rəngi :

Milli mətbuat günü 147

22 iyul 2022 | 08:12

Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875 –ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir.

Bu gün 147 yaşını qeyd edən milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir “ deyə vurğulayan Ulu Öndərin mətbuata və mətbuat işçilərinə göstərdiyi diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Milli özünüdərkin bərqərar olmasında, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümümbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Azərbaycan mətbuatı 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prezidentimizin səsləndirdiyi fikirlərin və bəyanatların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında daim fəal rol oynayır.

Keçidlər