Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Mətbuatın 151 illiyi münasibətilə tədbir keçirilib

22 iyul 2026 | 17:16
Xaçmaz rayonunda Azərbaycan Milli Mətbuatının yaranmasının 151 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının aparatının məsul əməkdaşları, bölgədə fəaliyyət göstərən mətbuat işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu iştirakçıları 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib, jurnalistlərə fəaliyyətlərində uğurlar arzulayıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafındakı misilsiz xidmətlərindən, jurnalistlərin sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Anar Oruclu Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə media sahəsində həyata keçirilən islahatların, eləcə də jurnalistlərin peşəkarlığının artırılması istiqamətində atılan mühüm addımların əhəmiyyətini xüsusi vurğulayıb.
Çıxış edən mətbuat işçiləri 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzetindən başlanan şərəfli tarixi yoldan və milli mətbuatımızın keçdiyi inkişaf mərhələlərindən bəhs ediblər.
Bayram tədbiri musiqili proqramla davam edib.
Keçidlər