Milli Qurtuluş Günü ərəfəsində qanvermə aksiyası keçirilib
09 iyun 2023 | 09:18
15 iyun Milli Qurtuluş Günü ərəfəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin və Səhiyyə Nazirliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların eləcə də rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Aksiya hemofiliyalı və talassemiyalı xəstələrə eləcə də qana ehtiyacı olanlara kömək etmək məqsədilə keçirilib.
Aksiyada 100-dən çox rayon sakini iştirak edib. Xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra 80 nəfərdən qan götürülüb.
Qeyd edək ki, aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.