Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü ilə əlaqədar möhtəşəm bayram konserti keçirilib.

14 iyun 2024 | 16:47
15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyəti və ARB Media Qrupun birgə təşkilatçılığı ilə Xudat şəhərində möhtəşəm bayram konserti keçirilib.
Nizami Gəncəvi adına parkda təşkil olunan bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ağsaqqallar, təhsil,səhiyyə, mədəniyyət və digər sahələrin kollektivləri eləcədə sakinlər iştirak ediblər.
Musiqili gecədə respublikamızın tanınmış incəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib. Şən nəğmələr və rəqslər sakinlər tərəfindən alqışlarla qarşılanıb. Konsert proqramına möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
Keçidlər