Şriftin ölçüsü :

Saytın rəngi :

Mübariz Qurbanlı Xaçmaz rayonunda qəbul keçirib

15 fevral 2024 | 15:43
Fevralın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri səlahiyyətlərini icra edən Mübariz Qurbanlı Xaçmazda vətəndaşları qəbul edib.
Qəbuldan öncə DQİDK sədri səlahiyyətlərini icra edən Mübariz Qurbanlı və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbulda vətəndaşların İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini maarifləndirmə işinin genişləndirilməsi, dini icmaların fəaliyyəti və digər məzmunlu müraciətləri dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Keçidlər