Şriftin ölçüsü :

Saytın rəngi :

“Müqəddəs Möcüzəvi Nikolay” kilsəsinin 80 illik yubileyi qeyd olunub

22 may 2026 | 14:21
Xaçmaz rayonunda fəaliyyət göstərən “Müqəddəs Möcüzəvi Nikolay” pravoslav kilsəsinin 80 illik yubileyi və Müqəddəs Nikolayın anım günü münasibətilə mərasim keçirilib.
Tədbirdə Azərbaycanın şimal bölgəsində yaşayan xristian icmasının nümayəndələri, dini rəhbərlik və rəsmi şəxslər iştirak ediblər.
Mərasim çərçivəsində dualar oxunub, qonaqlar üçün bayram süfrəsi təşkil olunub. Kilsənin həyətində ekoloji aksiya keçirilərək yeni ağaclar və gül kolları əkilib.
Qeyd edək ki, 1946-cı ildə fəaliyyətə başlayan bu məbəd ötən müddət ərzində ölkəmizdə dini tolerantlığın və multikultural dəyərlərin təntənəsinə xidmət göstərib.
Keçidlər