Müşkür İƏD üzrə nümayəndə Polad Bələdov Fəxri Fərmanla təltif edilib
22 sentyabr 2026 | 12:14
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müşkür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Polad Mirzağa oğlu Bələdovu dövlət qulluğunda səmərəli fəaliyyətinə və 60 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib.
Görüş zamanı icra başçısı yubilyarı təbrik edərək ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb. Elnur Rzayev Polad Bələdovun uzunmüddətli və məhsuldar fəaliyyətini, dövlət quruculuğu sahəsindəki xidmətlərini, eləcə də əhalinin qayğı və problemlərinin həllində fəal iştirakını yüksək qiymətləndirərək ona Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və xatirə hədiyyəsini təqdim edib.
Polad Bələdov göstərilən diqqətə və etimada görə Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürünü bildirib, bundan sonra da dövlət qulluğunda qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyini və fəaliyyətini eyni məsuliyyətlə davam etdirəcəyini vurğulayıb.






