Şriftin ölçüsü :

Saytın rəngi :

“Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı tədbir keçirilib.

27 may 2025 | 15:33
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr edilmiş “Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının qeyd olunması və 1918-1920-ci illərdə qazanılmış uğurların dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan dövlətinin sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan edib.
Çıxış edənlər 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini Şərqdə ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi adlandırıblar. Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti nəhəng işlər görüb, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub.
Tədbir yerli mədəniyyət işçilərinin hazırladığı bədii hissə ilə davam edib.
Keçidlər