Nabranda istirahət mərkəzlərinə baxış keçirilib
10 avqust 2023 | 17:17
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevlə birlikdə həmkarlar ittifaqlarının rayon ərazisində yerləşən istirahət mərkəzlərinə baxış keçiriblər.
Xaçmaz rayonunda “Xəzər”, “Şahdağ”, “Ülfət”, “Lokomotiv” və “Təhsil” istirahət mərkəzlərində olan Səttar Möhbalıyev və Elnur Rzayev burada dincələn şəxslərin qaldıqları korpus otaqlarını və kottecləri gəzib, onların istirahəti üçün yaradılmış şəraitlə yaxından tanış olublar. İstirahət mərkəzlərinin yeməkxanalarına və ərazilərinə də baxış keçiriblər.
AHİK sədri və icra başçısı həmçinin mərkəzlərdə istirahət edən insanlarla söhbət edib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrəniblər.
İstirahət edənlər onların dincəlməsi üçün yaradılmış şəraiti yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.