Nabranda müasir idman meydançaları inşa olunur
AFFA-nın və Futbolun İnkişafı Fondunun nümayəndələri Xaçmaz rayonunda səfərdə olub. Görüşdə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, AFFA-nın İnfrastruktur üzrə direktoru Fuad Cəfərov, FİF-in icraçı direktoru Tural Piriyev, “Səbail” klubunun Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov və üzvü İxtiyar Asyabi iştirak edib. Görüşdə turizm məkanı olan Nabran qəsəbəsində yeni idman meydançalarının inşası istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Nabranda idman meydançalarının inşasını müsbət dəyərləndirib. Səfər zamanı klub rəsmləri baş sponsor ASCO-nun dəstəyi ilə Xaçmazda inşasına başlanılan stadionlara baş çəkiblər. Stadionların tikilməsində məqsəd orada “Səbail” akademiyasının təlim-məşq bazasının yaradılması, uşaq futbolunun inkişaf etdirilməsi üçün müasir tələblərə cavab verən infrastrukturun müvafiq yaş qruplarına aid komandaların istifadəsinə verilməsidi. Eyni zamanda bazadan müxtəlif yaş qruplarından ibarət Azərbaycan milli komandaları da təmənnasız istifadə edə biləcəklər.