Şriftin ölçüsü :

Saytın rəngi :

Nabranda növbəti təmizlik aksiyası keçirilib

18 iyun 2023 | 13:16
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nabran qəsəbəsində yerləşən sahilyanı çimərlik ərazilərində növbəti təmizlik aksiyası keçirilib.
Təmizlik aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, yerli icra nümayəndələri, bələdiyyələr eləcədə gənc könüllülər iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd sahilyanı ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etmək, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.
Çimərlik mövsümünün başlanmasına az qalmış belə tədbirin keçirilməsi yerli sakinlər tərəfindən razılıqla qarşılanıb.
Keçidlər