Şriftin ölçüsü :

Saytın rəngi :

Nabranda təmizlik aksiyası təşkil olunub

27 may 2023 | 13:38
28 May Müstəqillik Günü ilə əlaqədər olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılğı ilə Xəzər dənizinin Nabran ərazisində keçən hissəsində təmizlik aksiyası təşkil edilib.
Sahil zolağı boyunca təşkil edilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, yerli icra nümayəndələri və bələdiyyələr eləcədə gənc könüllülər aktiv iştirak ediblər. Aksiya zamanı dəniz kənarları plastik və digər tullantılardan təmizlənib.
Aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizinin sahilyanı ərazilərinin məişət tullantılarından təmizlənməsi, eyni zamanda, dənizin və sahilyanı ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində ictimaiyyətin rolunu artırmaqdan ibarətdir.
Keçidlər