"Narkomaniyaya yox deyək!" devizi altında maarifləndirici tədbir keçirilib
10 iyun 2023 | 09:23
Xaçmaz Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi, Gənclər və İdman İdarəsi eləcədə Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Xudat şəhər 2 saylı tam orta məktəbdə "Narkomaniyaya yox deyək! " devizi altında maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlərdən danışıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülən genişmiqyaslı tədbirlərdən bəhs edib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul işçisi Əlibala Alxaslı narkomaniyanın insan həyatına, sağlam gənc nəslin yetişməsinə mənfi təsirləri, narkotiklə mübarizə ilə bağlı rayon ərazisində görülən tədbirlərlə bağlı fikirlərini bölüşməklə yanaşı gənclərə öz məsləhət və tövsiyələrini verib.
Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov çıxış edərək yeniyetmə və gənclərə asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün Rayon Gənclər və İdman İdarəsində könüllük fəaliyyəti, müxtəlif məşğələlər, elmi-praktiki konfranslar, müsabiqələr, tədris-təlim proqramlar, narkomanlığın sağlamlığa mənfi təsiri ilə bağlı mövzular, idman məşqlərinə, kütləvi idman tədbirlərdə iştirak etməyə çağırış edib.
Rayon Təhsil Sektorunun baş metodisti İmran Müseyibov narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və insanların sağlamlığına ziyanından bəhs etdi.
Tədbir qarşılıqlı diskusiya şəklində davam etdirlib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.