Nəsirşah Qaflanov Fəxri Fərmanla təltif edilib
29 sentyabr 2025 | 09:21
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Ağsaqqallar Şurasının üzvü, Nəsirşah Paşa oğlu Qaflanovu rayonun ictimai həyatında fəal iştirakı və 70 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib.
Yubilyarla görüşən icra başçısı onu təbrik edib, xoş arzularını çatdırıb.
Nəsirşah Qaflanov səmimi qəbula və göstərilən diqqətə görə təşəkkürünü bildirib.






