Şriftin ölçüsü :

Saytın rəngi :

Niyazoba kəndində növbəti səyyar qəbul keçirilib

20 may 2024 | 16:09
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Niyazoba kəndində növbəti səyyar qəbulunu keçirib.
Səyyar qəbulda Niyazoba İnzibati Ərazi Dairəsi üzrə nümayədəliyinə daxil olan Niyazoba, Əbilyataq, Qarabağlı, Ağçay və Qarğalıq kəndlərinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə Niyazoba kəndində Şəhidlər Abidə-Bulaq Kompleksini ziyarət edib, şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.
Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndirib, həmçinin elektrik təsərrüfatının yenilənməsi, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, avtomobillərion təhlükəsiz hərəkəti üçün yol nişanlarının qoyulması ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər