Şriftin ölçüsü :

Saytın rəngi :

Niyazoba kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

17 oktyabr 2023 | 16:54

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə Niyazoba kəndində səyyar qəbul keçirib.

Qəbulda Niyazoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Niyazoba, Əbilyataq, Qarabağlı, Ağçay və Qarğalıq kəndlərinin sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə Niyazoba kəndində şəhidlər abidə kompleksinin önünə gül dəstələri qoyub, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, təbii qazın çəkilişi, su ilə təchizatın yaxşılaşdırılması, rabitə və internetlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər