Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Gəncəvinin adını daşıyan parkda yenidənqurma işləri yekunlaşmaq üzrədir

31 oktyabr 2022 | 17:18

Xudat şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan parkda son tamamlanma işləri görülür.

Ümumi sahəsi 2 hektaradək olan parkda yenidənqurma və abadlıq işləri sürətlə aparılır.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə parkda həyata keçirilən son tamamlanma işləri ilə tanış olub, müvafiq tapşırıqlarını verib.

Parkda Nizami Gəncəvinin mövcud heykəli bərpa edilir, ətrafı milli memarlıq üslubunda abadlaşdırılır. 2500 kvadratmetr əraziyə tamet döşənir. İstirahət məkanında yeni oturacaqlar, fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılıb. Hazırda ərazidə yeni yaşıllıqlar salınır, gül kolları basdırılır.

Elektron kitabxana, müxtəlif idman qurğuları və uşaqların mənalı istirahəti üçün attraksionların quraşdırılması istiqamətində iş aparılır.

Keçidlər