Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Çarxı kəndində keçirilib

08 sentyabr 2026 | 15:55
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Çarxı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Çarxı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əhatə etdiyi Çarxı və Xanlıqoba kəndlərinin sakinləri iştirak ediblər.
Görüş zamanı kənd sakinləri elektrik təsərrüfatının yenilənməsi, əlavə subartezian quyusunun qazılması, eləcə də digər sosial-məişət məsələləri ilə bağlı müraciətlər ünvanlayıblar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini, onları narahat edən məsələləri diqqətlə dinləyərək problemlərin qısa müddətdə aradan qaldırılması istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək qanunvericiliyə uyğun həlli üçün aidiyyəti üzrə yönləndirilib.
Sakinlər problemlərinin həlli istiqamətində yerlərdə həyata keçirilən tədbirlərə, onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər