Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Ləcət kəndində reallaşıb

19 sentyabr 2023 | 14:04
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ləcət kəndində səyyar qəbul keçirib. Qəbulda yerli hüquq mühafizə orqanlarının rəhbərləri, xidmət təşkilatlarının məsul şəxsləri eləcədə Ləcət İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Ləcət, Moruqoba və Tağaroba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər məktəb binasının yenilənməsi, yolların təmiri, işıq, qaz və içməli su ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər