Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Şimali qəsəbəsində keçirilib

19 mart 2024 | 14:01
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Şimali qəsəbəsində səyyar qəbul keçirib.
Qəbulda Nabran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Dalğalı, Günəşli, Meşəli, Samurçay, Şimali və Turist qəsəbəsinin eləcədə Tel kəndinin sakinləri iştirak edib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər yeni məktəb binasının tikintisi, kəndlərarası yolun təmiri, su təchizatının yaxşılaşdırılması, rabitə və internetlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər