Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul və ekoloji aksiya Nərəcan kəndində keçirilib

03 dekabr 2024 | 11:45
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbrələrinin iştirakı ilə Nərəcan kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Nərəcan, Ağtala, Sabiroba, Mürşüdoba, Çiləgir və Mənçəroba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər su təchizatının yaxşılaşdırılması, yolların təmiri və tibb məntəqəsi üçün yeni binanın inşası ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Səyyar qəbuldan sonra Nərəcan kəndində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və sakinlər Nərəcan kənd tam orta məktəbinin həyətinə yerli iqlim şəraitinə uyğun gələn yeni ağaclar əkiblər.
Keçidlər