Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Yalama kəndində keçirilib

17 yanvar 2024 | 15:17
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbrələrinin iştirakı ilə Yalama kəndində səyyar qəbul keçirib.
Qəbulda Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Yalama, Düztahiroba, Xanoba, Ortaoba, Səlimoba, Ukuroba, Yaquboba və Zuxuloba kənd sakinlərinin müraciəti dinlənilib.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi mürücətlərin həll edilməsini, o cümlədən yeni salınan yaşayış massivlərinin qazlaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, əkin aparılan torpaq sahələrinə subsidyaların vaxtında verilməsi, məktəb binasının odun yanacağı ilə təchizatı, rabitə və internetlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər